Xəbər verdiyimiz kimi, sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib.

Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtı ilə mətbuatda məlumatlar da yer alıb. 

Dövrü mətbuatda vaxtı ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.

Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. O vaxt mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.

.