Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Rövşən Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəkdir.

Xatırladaq ki, daha əvvəl mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar

***

00;02

General-leytenant Rövşən Əkbərov həbs edilib.

Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

General-leytenantın hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.

.