"Real"ın futbolçusu Kriştiano Ronaldo zədəsini sağaldıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab oyununa hazır olduğu bildirib.

Qeyd edək ki, K.Ronaldo zədə səbəbindən La Liqanın 26-cı turunda "Eybar"la görüşü buraxıb.

Əlavə edək ki, "Napoli" - "Real" görüşü sabah keçiriləcək.
.