İtaliyanın paytaxtı Romada tarixi tikilinin uçması nəticəsində 4 nəfər xəsarət alıb.

 ANSA xəbər verir ki, içərisində təmir-bərpa prosesi gedən “Torre dei Conti” binası uçub.

Dağıntılar altında qalan 4 nəfərdən 3-ü xilas edilib.

Xilasetmə zamanı isə binanın digər hissəsi uçub.

Neçə nəfərin xəsarət aldığı hələlik məlum deyil.

Qeyd edək ki, “Torre dei Conti” binası 13-cü əsrdə tikilib və o vaxtkı Papanın ailəsinin iqamətgahı olub.

.