Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

Bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir”, - gürcü nazir qeyd edib.

.