Rusiya bazarında yanacaq çatışmazlığı var.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur.
Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini söyləyib: "Hökumət neft emalı zavodlarının gücünün istifadəsini və kifayət qədər istehsalı təmin etmək üçün əlindən gələni edir. Rusiyanın kifayət qədər yanacaq emalı gücü var. Hakimiyyət regionlara əlavə yanacaq idxalını təmin etmək niyyətindədir. Rusiyadan benzin və dizel ixracına qoyulan qadağa yanacaq vəziyyətini sabitləşdirmək və daxili bazara tədarükü təmin etmək üçün lazımdır.
Bəzi satıcılar əlavə pul qazanmaq və qiymətləri qaldırmaq üçün Rusiya yanacaq bazarındakı vəziyyətdən istifadə edirlər. Federal Antiinhisar Xidməti yanacaq qiymətlərini yaxından izləməlidir".
.
