Türkiyə Şimali Atlantika Alyansının qapısını İsveç üçün bağlamayıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NTV telekanalına müsahibəsində İsveçin NATO-ya daxil olması ehtimalını dəyərləndirərkən deyib.

Kalın, “İsveç üçün NATO-nun qapısını bağlamadıq” deyib. O qeyd edib ki, İsveçin NATO-ya daxil olması prosesi antiterror qanunu qüvvəyə mindikdən sonra ölkənin hansı addımlar atacağından asılı olacaq. O, həmçinin bildirib ki, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması üçün heç bir maneə yoxdur.

.