
Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı davamlı atəşkəs çağırışı var.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı və suriyalı həmkarları ilə birgə mətbuat konfransında bildirib.
O deyib ki, Türkiyə prosesə töhfə verməyə hazırdır.
Hakan Fidan tərəfləri atəşkəsə dəvət edib.
“Qarşıdakı günlərdə tərəflərin təmaslarla bağlı komrpomis əldə edə biləcəklərini düşünürəm. Ukrayna əvvəl atəşkəs sonra dialoq, Rusiya isə əvvəl dialoq sonra atəşkəs istəyir. Bütün bunlar normaldır”, - nazir əlavə edib
.