Günəşdə ləkələrin sayı azalıb, hal-hazırda Günəşin səthində 5 ləkə qrupu və 69 ləkə müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə ( maks: 602 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimal sürət 527 km/san olub. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -7 nT olub. Hal-hazırda Günəş küləyinin sürəti 325 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -4 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub (4 Kp), geomaqnit qasırğaları baş verməyib.

Kosmik hava proqnozu – Proqnoz günlərində (28 avqust-3 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

.