"Ötən il 85 nəfər Azərbaycan vətəndaşı vətəndaşlıq hüququnu itirib"
Bunu Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, vətəndaşlığın itirilməsi ilə bağlı məsələyə məhkəmələr tərəfindən baxılır.
"Azərbaycanda qaçqın statusu ilə yaşayanların arasında İran vətəndaşlarının sayı üstünlük təşkil edir".
Bunu da Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, hazırda Azərbaycanda 78 nəfər qaçqın statusu ilə yaşayır: "Ölkədə qaçqın statusu ilə yaşayanların 5 nəfəri Liviyadan, 28 nəfər Əfqanıstandan, 2 nəfəri Pakistandan, 43 nəfəri isə İrandan olan şəxslərdir".
"2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin 194-ü şikayət xarakterli olub".
Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov öz növbəsində qeyd edib.
O bildirib ki, vətəndaşların müraciətlərinin 9-u təklif, 14 151 ərizə olub.
V.Hüseynov qeyd edib ki, müraciətlərin 48 faizi təmin edilib: "Müraciətlərin 13.8 faizi təmin olunmayıb, 8.3 faizi isə icradadır".
.
