Qapı xəttini gücləndirməyi planlaşdıran "Real” rəhbərliyi "Roma”nın qapıçısı Alissona elçi düşüb.

Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır.

"Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq. Ancaq "Roma" onu buraxmaq niyyətində deyil.

Braziliyalı qolkiperin elçiləri arasında "Liverpul” da var.
.