"Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski vəfat edib.

Bu barədə "echo.az saytının redaksiyasından məlumat verilib.

Allah rəhmət eləsin!

Rauf Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru idi. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!
.