“X” sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.

Bunu şirkətin sahibi İlon Mask (Elon Musk) özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və “PC” (personal kompüter) üçün mümkün olacaq.

Bununla belə, iş adamı yeni, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağını açıqlamayıb.

.