"WhatsApp"ın qrup video söhbətləri üçün son yeniləməsi istifadəyə verilib.

Son yenilənməyə görə "WhatsApp"da 32 nəfərə qədər qrup video zəng qəbul edilə biləcək. Bu xüsusiyyət hazırda beta versiyada mövcuddur.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

.