İran və ABŞ arasında Körfəzdə müharibənin tam dayandırılması ilə bağlı danışıqlarda ciddi fikir ayrılıqları qalır.
Bu barədə "Reuters" yüksək səviyyəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iyun ayında əldə olunmuş müvəqqəti razılaşmanın bərpası və onun icrası üçün konkret müddətin müəyyənləşdirilməsi istiqamətində heç bir irəliləyiş əldə olunmayıb.
Mənbə bildirib ki, bu məsələ üzrə tərəflər arasında vasitəçilərin iştirakı ilə müzakirələr aparılır:
“Müzakirə olunan məsələlərdən biri ABŞ-ın müvəqqəti razılaşmaya qayıtması və öhdəliklərin yerinə yetirilməsi üçün müddətin müəyyənləşdirilməsidir. Bu məsələdə heç bir irəliləyiş olmayıb”.
"Reuters" qeyd edir ki, bu açıqlama böhranın tezliklə həll olunacağına dair ümidləri daha da azaldıb. Çərşənbə axşamı regionda gəmilərə qarşı baş verən hücumlar da vəziyyəti gərginləşdirib və neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
.
