ABŞ ordusu İranla beş ay davam edən müharibə zamanı yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini istifadə edib.

Bu barədə "Reuters" silah ehtiyatları ilə bağlı üç məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, söhbət əsasən ABŞ ordusunun yer-yer tipli ATACMS (Army Tactical Missile System) və PrSM (Precision Strike Missile) raketlərindən gedir.

Mənbələrdən ikisinin sözlərinə görə, ABŞ bu silahların "demək olar ki, hamısını" istifadə edib. Bu isə ölkənin gələcək mümkün münaqişələrə hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.

.