"KamAZ" şirkəti Azərbaycanda tikinti-servis mərkəzlərinə investisiya qoymağa hazırdır.

Bunu "KamAZ" şirkətinin baş direktoru Sergey Koqogin "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycanda 60 min ədəd "KamAZ" yük avtomobili mövcuddur:

"Bizim Azərbaycandakı missiyamız yeni avtomobillərin tədarükünə və texniki xidmətin təmin olunmasına yönəlib. Bizim Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız qurulub. Biz Azərbaycana kənd təsərrüfatı, tikinti və bir sıra digər istiqamətlər üçün "KamAZ"lar tədarük edirik".

Baş direktor əlavə edib ki, premium "KamAZ" avtomobillərinin istehsalı başlayıb və bu modellər xarici ölkələrə, o cümlədən Azərbaycana tədarük olunur:

"Biz Azərbaycanda tərəfdaşlarımızla birgə tikinti-servis mərkəzlərinə investisiya qoymağa hazırıq. Biz. həmçinin Gəncə avtomobil zavodu yeni "KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırırıq".

Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır

Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır.

Bunu Rusiyanın "Müasir avtomobil texnologiyaları" şirkətinin direktoru Aleksey Slavin "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə avtobusların istehsalını başlamaq planlaşdırılır:

"Hazırda Azərbaycanda 7 QAZ modelinin istehsalı təşkil olunub, gələcəkdə isə biz istehsal portfelini genişləndirməyi və "Azərmaş" platformasında avtobusların buraxılışına başlamağı planlaşdırırıq".

O əlavə edib ki, bu ilin avqustunda ekoloji təmiz avtobusların təqdimatı nəzərdə tutulub, bu avtobuslar da Azərbaycana təqdim olunacaq.

.