ABŞ-nin "Inter Mayami" klubu Braziliyanın "Santos" komandasının hücumçusu Neymarı heyətinə qatmaq istəyir.

"Liberta Depre" xəbər verir ki, 34 yaşlı futbolçunun 2027-ci ilin yanvarından ABŞ təmsilçisində çıxış etmək imkanı realdır.

Braziliyalı hücumçu karyerasını Şimali Amerika klubunda başa vura bilər.

Qeyd edək ki, Neymar 2026 mövsümündə keçirdiyi 19 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir. Onun "Santos"la müqaviləsinin müddəti 2026-cı il dekabrın 31-dək nəzərdə tutulub.

.