"Fitch Ratings" beynəlxalq reytinq agentliyi yaxın gələcək üçün neft qiymətləri ilə bağlı proqnozlarını artırıb.

Bu barədə  agentliyin "Global Economic Outlook" hesabatının dekabr buraxılışı xəbər verir.

Agentliyin analitiklərinin gözləntilərinə əsasən, 2021-ci ilin nəticələrinə görə, etalon "Brent" markalı neftin bir barelinin orta qiyməti 71 dollar təşkil edəcək ki, bu da sentyabr proqnozu ilə müqayisədə 8 dollar çoxdur.

Hesabata əsasən, 2022-ci ildə "Brent" neftinin orta qiyməti 70 dollar (ötən proqnoza əsasən 55 dollar), 2023-cü ildə isə 60 dollar səviyyəsində (sentyabr proqnozuna görə – 53 dollar) olacağı ehtimal edilir.

.