ABŞ-ın "Boeing" korporasiyası "787 Dreamliner" təyyarələri ilə bağlı yeni bir problemi həll etməyə çalışır.

Bu barədə "The Wall Street Journal" şirkətdəki mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, söhbət təyyarənin titan hissələrindəki qüsurlardan gedir. Belə ki, həmin hissələrin möhkəmliyi lazım olandan daha aşağıdır. 
"Boeing"in təxminən 25 mlrd. dollarlıq "787 Dreamliner" tədarükünü dayandırmaq məcburiyyətində qalmasının başqa bir səbəbi də məhz sözügedən problemdir.

"Keyfiyyətə olan diqqətimizi artırdıq və daim komandamızın və tədarük zəncirinin bütün üzvlərini diqqət tələb edən problemləri qaldırmağa təşviq edirik", şirkətin sözçüsü bildirib. O həmçinin qeyd edib ki, şirkətin fəaliyyətinin pozulmasına baxmayaraq istehsalın təkmilləşdirilməsi və öz standartlarının yüksəldilməsi istiqamətində irəliləyişlər var.

Bu ilin sentyabr ayında Boeing ABŞ Texniki Təftiş Tənzimləyicisi və ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən yaxından araşdırıldı. Şöbə, təhlükəsizlik mütəxəssislərinin tələbləri yerinə yetirilənə qədər yoxlamanın nəticələrinə dair sənədləri imzalamaqdan imtina etdi.

Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.

.