"Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə bu il birinci yerə layiq görülüb.

Bu göstərici "ASAN Xidmət indeksi" üzrə aparılan qiymətləndirmənin nəticələrində əks olunub.

Qeyd edək ki, 2020-ci ildə, Səhmdar Cəmiyyət üzrə bu göstərici 45,31%-ə bərabər olub ki, bu da qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Bu ilin göstəricisinə görə isə "Azərişıq"ın göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

Cari ilin qiymətləndirməsində kommunal xidmətlər göstərən "Azərsu" ASC 77,43%-lə 4 ulduza, "Azəristiliktəchizat" ASC 36,88%-lə 2 ulduza, "Azəriqaz" İB 22,1%-lə 2 ulduza layiq görülüb.

Xatırladaq ki, “ASAN Xidmət indeksi” üzrə 2020-2021-ci illər ərzində 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilib.

.