
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “sahibkarların polisdən daha çox AQTA-dan qorxması” fikirlərinə münasibət bildirib.
Agentlik sədri jurnalistlərə açıqlamasında deyib ki, sahibkar təhlükəli fəaliyyət həyata keçirmirsə, qorxmağa ehtiyac yoxdur.
O bildirib ki, baytarlıq məhsulları, vaksinlər, bitkiçilik məhsullarını ölkəyə idxal edən minlərlə sahibkar var. Onlar da özlərini etibarlı sahibkar kimi təsdiq ediblər.
AQTA Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoyması xəbərinə münasibət bildirib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarların Rusiyanın növbəti dəfə Azərbaycandan idxal edilən pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur: “Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac edilən ölkələrdə hər hansı məhdudiyyət yoxdur”.
AQTA sədri: “Qida məhsullarının minerallarla zənginləşdirilməsi mümkün olacaq”
““Qida təhlükəsizliyi haqqında” qanunun qəbulu AQTA-nın həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Q. Təhməzli bildirib ki, qida təhlükəsizliyinə bütün sahələrində nəzarət həyata keçiriləcək: “Burada artıq nəzarəti islehlakçılar da həyata keçirəcək. İkincisi, bu qanunda təhlükəli qidaların izlənməsi öz əksini tapıb. Digər bir göstərici ondan ibarətdir ki, qida məhsullarının tərkibində müxtəlif minerallar öz əksini tapır, bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bir sıra xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin çatışmazlığından bir sıra xəstəliklər meydana çıxır. Bu qanunin qəbulundan sonra qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq”.
Azərbaycanda kinder məhsullarında “Salmonella” bakteriyası aşkarlanmayıb
“Dünyada “Ferrero” şirkətinin kinder məhsulları ilə bağlı hər hansı həyəcan təbili yoxdur”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, Belçikada istehsal olunan növ kinder məhsulu ilə bağlı həyəcan təbilindən söhbət gedir: “Ferrero” şirkəti tərəfindən Belçikada qeyd edilən dövrdə istehsal edilən kinderlərdə “Salmonella” bakteriyasının olması ilə bağlı şübhələr var. Azərbaycana da bəzi partiyalar gəlmişdi. Həmin partiyalar bizim tərəfimizdən ekspertiza edildi və onlarda “Salmonella” bakteriyası aşkar edilmədi. Nə Səhiyyə Nazirliyində, nə də bizdə belə məlumat var. Hazırda marketlərdə olan məhsullar o kateqoriyaya aid məhsullar deyil. Yəni kinder bütün məhsullarını geri çağırmır. Belçikada həmin dövrdə istehsal edilən kinderlərdən başqa digər partiyaların satışı davam edəcək.”
.