Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İdarənin (Qafqaz Müsəlmanları İdarəsi - red.) tarixən təsir dairəsinə daxil olan Şimali Qafqaz və Dərbənd müftilərinin, həmçinin bölgə azərbaycanlılarının istəyini nəzərə alaraq, "Dini etiqad azadlığı haqqında Qanun"a uyğun olaraq nümayəndəliklərimizin və qazılıqların fəaliyyəti genişlənib.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Qafqaz Müsəlmanları İdarəsinin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir - hazırda Vatikanda nümayəndəliyimizin yaradılması məramı ilə danışıqlar aparırıq. Qafqaz Müsəlmanları İdarəsi mərkəzi Bakıda, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Şimali Qafqaz müsəlmanlarını ehtiva edən yeganə regional ictimai-dini təşkilatdır”.

.