ATV-də yayımlanan "Geriyə baxanda” verilişinin növbəti qonağı xalq artisti Şərqiyyə Hüseynova olub.

Axşam.az-ın məlumatına görə, aparıcı həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Üç ildir qızını itirən Ş.Hüseynova göz yaşlarını saxlaya bilməyib:

"Fikirləşirdim ki, insanlar necə dözürlər? Sonra gördüm ki, insan bərk məxluqdur".

Aparıcılığını Günay Firudinqızının etdiyi verilişə həftənin bazar günü saat 10:00-da baxa bilərsiniz.

 .