İsrail və "Həmas” Qəzza zolağında 72 saatlıq atəşkəs rejimi barədə razılığa gəliblər.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri və BMT-nın Baş katibi Pan Gi Munun birgə bəyanatında bildirilir. "Biz tərəfləri atəşkəsin başlanmasına qədər təmkinli olmağa, atəşkəs müddətində isə öz öhdəliklərinə əməl etməyə çağırırıq”, - bəyanatda deyilir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qəzza zolağında 23 gün davam edən döyüşlərdə 1 440 nəfər ölüb, 8 295 nəfər yaralanıb.
.