"Bugünkü vəziyyət göstərir ki, axşam saat 9-dan (21:00) sonra hər hansı komendant saatı olması kimi hal yoxdur".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin bu tövsiyəsi kontekstdən çıxarılıb:

"Tövsiyə və qadağa tam başqa anlayışdır. Yoluxmanın sayının aşağı düşməsi məsələnin düzəlməsi deyil. Bu gün də deyilir ki, vacib işi olmayan evdə qalsın".
.