
“Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli icrası da böyük əhəmiyyət kəsb edir”.
Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Tokayev Orta Dəhliz marşrutuna artan marağı vurğulayıb:
“Biz razılaşdıq ki, bu marşruta artan maraqdan maksimum yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək vacibdir.
Bütün bu tədbirlər, eləcə də beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin daşınmasının sabitliyini və səmərəliliyini təmin edəcək”, - Qazaxıstan Prezidenti qeyd edib.
Tokayev: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam açılması böyük əhəmiyyət kəsb edir
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam açılması böyük əhəmiyyət kəsb edir.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
“Burada söhbət logistik xidmətlərin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin müasirləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövriyyəsinin formalaşdırılmasından gedir”, - Kasım-Jomart Tokayev qeyd edib.
.