Qax rayonunda 39 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qax şəhər sakini 39 yaşlı Ülvi Məmmədovu bıçaqlamaqda şübhəli sayılan Qax şəhər sakini 21 yaşlı Vüsal Məmmədov saxlanılıb.

Qeyd edək ki, iyulun 31-i axşam saatlarında Qax şəhər ərazisində Ülvi Məmmədovla Vüsal Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Vüsal Məmmədov Ülvi Məmmədovu qarın boşluğundan bıçaqlayıb. Ülvi Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

.