Masallıda yaşayış evi güclü qarın ağırlığına tab gətirməyərək uçdu

Cənub bölgəsinə yağan qar rayonlarda ciddi fəsadlara səbəb olub.Masallı rayonunun Qarğalıq kənd sakini,Taleh Zeynalova məxsus yaşayış evi güclü qarın ağırlığına tab gətirməyərək uçub.Üç otaq,bir mətbəx və aynabənddən ibarət olan ev 1990-ci ildə inşa olunub.Hazırda qəzalı vəziyyətdə olan evdə yaşamaq mümkünsüz olduğundan Zeynalovlar ailəsi müvəqqəti qohumlarının evində məskunlaşmağa məcbur olub.Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri ərazidə olub,qəzalı evə baxış keçiriblər.Evin tam uçmaması üçün dam örtüyünə dirəklər qoyulub.

Qeyd edək ki,bir mərtəbəli,üç otaqlı evdə ikisi azyaşlı olmaqla 7 nəfər yaşayır

.