Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb.
Bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir.
Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib.
Qeyd edək ki, İnzibati Prosessual Məcəlləyə təklif olunan dəyişiklik qanuni nümayəndələrin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məsələ idi.
