"Qalatasaray”ın hollandiyalı futbolçusu Naycel De Yonq klub rəhbərliyini məşqlərə çıxmaması ilə təhdid edib.
Türkiyə mətbuatı xəbər verir ki, Yonqun üsyanının səbəbi ona çatacaq məvacibin geçikdirilməsi olub. Bu üzdən də futbolçu "pulumu verin, yoxsa məşqə çıxmayacam” deyib. Hadisə təxminən üç həftə əvvəl baş verib.
