Antihitler koalisiyası üzvlərinin Normandiyaya desant çıxarmasının 70 illiyi münasibətilə Fransada keçirilən tədbirlərdə iştirak edən Rusiya prezidenti Vladimir Putin və Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ayaqüstü söhbət ediblər.
Yenizaman.az apa-ya istinadən məlumatına görə, qısa söhbətdə Almaniya kansleri Angela Merkel də olub. Onlar Normandiyadakı əməliyyatlarda iştirak etmiş veteranların şərəfinə ziyafətin verildiyi "Benouville” qəsrinə daxil olarkən qarşılaşıblar.
.
