Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Şoltsla Ukraynanı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib.

"Putin və Şoltsun telefon danışığı zamanı Kiyevi silahla təmin edən və hərbçilərinin hazırlığını həyata keçirən Qərbin destruktiv xəttinə diqqət yetirilib", deyə Kremlin məlumatında qeyd olunub.

Putin Şoltsla "Şimal axını”dakı partlayışı da müzakirə edib

"Şimal axını” qaz kəmərlərindəki terror aktının Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqatına ehtiyac var.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsa telefon danışığı zamanı deyib.

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə qarşı terror aktı baş verib, onun şəraiti Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqat tələb edir”, - deyə Putin bildirib.

Qeyd edən Kreml Rusiya və Almaniya liderləri arasında telefon danışığı barədə məlumat yayıb. Bildirib ki, liderlər Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərinə dair müzakirə aparıblar.

.