Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski və MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər əlaqələr komitəsinin sədri Leonid Kalaşnikova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Prezidentin fərmanı ilə Slutski və Kalaşnikova Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib”, - Rusiya parlamentinin aşağı palatasının spikeri vurğulayıb.

O qeyd edib ki, bu, yüksək qiymətdir, parlamentin rolunun artmasıdır: “Bu, səlahiyyətlərini icra edən deputatlara münasibətdə ilk dəfədir ki, baş verir".

.