Qərbin Ukraynaya verdiyi silahlar Rusiya üçün təhlükə yaradır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya1" kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Qərbin Ukraynaya verdiyi silahlatın sayı çox böyüdur.

Rusiya prezidenti qeyd edib ki, Ukraynaya döyüş sursatının verilməsi sadəcə olaraq münaqişəni uzatmaq cəhdidir.

"Ukrayna gündə 5 minə yaxın mərmi istifadə edir. Bununla belə, ABŞ-da hər ay cəmi 14-15 min mərmi istehsal olunur.

Öz növbəsində, Rusiyanın müdafiə sənayesi çox sürətlə inkişaf edir. Bizim müdafiə sənayemiz Ukraynaya göndəriləndən üç dəfə çox sursat istehsal edəcək.

Qərb Ukraynaya 420 və ya 440 tank göndərməyi planlaşdırır, eynən döyüş sursatı olduğu kimi. Bu müddət ərzində biz yenilərini istehsal edəcəyik və mövcud olan 1600-dən çox tankı modernləşdirəcəyik. Rusiya ordusunun tanklarının ümumi sayı Ukrayna Silahlı Qüvvələrinin tanklarının sayından üç dəfə çox olacaq", deyə Rusiya prezidenti vurğulayıb.

Bununla belə, Putin ölkəsinin iqtisadiyyatın həddindən artıq hərbiləşdirilməsinə imkan vermədiyini söyləyib: "Biz mülki quruculuq, səhiyyə, təhsil, infrastrukturun inkişafı sahəsində planlarımızı ixtisara salmırıq. Onlar (Qərb – red.) isə ixtisara salmaq məcburiyyətində qalacaqlar".
 

.