“İnsanlar öz seçimini edib. Bu, milyonlarla insanın iradəsidir”.

Bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bu, onların BMT Nizamnaməsində təsbit olunmuş ayrılmaz hüququdur”, - Putin vurğulayıb.

Putin Sovet İttifaqının saxlanması ilə bağlı 1991-ci ildə keçirilmiş referendumu xatırlayıb: “Milyonlarla insanın iradəsinə zidd olaraq bizim böyük ölkəmiz parçalandı. Sovet İttifaqı yoxdur, keçmişi qaytarmaq olmaz və müasir Rusiyanın buna ehtiyacı yoxdur, biz buna çalışmırıq”.

.