Asiya-Sakit okean regionu ölkələrinin iştirakı ilə “qlobal NATO”nun yaradılması ideyası İkinci Dünya Müharibəsi zamanı hərbi blok "ox"unu xatırladır.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.

"ABŞ nə edir? Onlar getdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni "ox"lar qurur", - deyə Putin vurğulayıb.

O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir. “Qərb analitiklərinin özləri - biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış "ox"а bənzər yeni "ox"u qurmağa başlayır”, - deyə Rusiya prezidenti əlavə edib.

Putin Qərbin Rusiyanın Çinlə hərbi ittifaq yaratması ilə bağlı iddialarını təkzib edib

“Rusiya Çinlə hərbi ittifaq yaratmır və heç bir ölkəni təhdid etmir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında müsahibəsində deyib

Putin Qərbin Rusiyanın Çinlə hərbi ittifaq yaratması ilə bağlı iddialarını təkzib edib.

O vurğulayıb ki, Rusiya və Çin bir sıra sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir, lakin bu heç bir təhlükə yaratmır.

.