
Kiyevin törətdiyi hücumlar İstanbulda danışıqları pozmaq məqsədi daşıyırdı.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kursk və Bryansk vilayətlərinə terror hücumlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu, İstanbuldakı danışıqları pozmaq üçün qəsdən edilib.
Rusiya Prezidenti Ukrayna hakimiyyətini terrorçu təşkilat adlandırıb.
Putin qeyd edib ki, Moskvanı Kiyevin humanitar atəşkəsdən imtina etməsinə təəccüblənmir.
O, Təhlükəsizlik Şurasının növbəti iclasında Ukraynanı müzakirə edəcəyini söyləyib.
Putin Zelenski ilə görüş haqqında danışıb
Kiyevin Rusiya Federasiyası ilə sammit tələbi Ukrayna birləşmələrinin həyata keçirdiyi açıq terror aktları fonunda qəribə səslənir.
Bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, Kiyev Rusiyada dinc infrastruktura hücumlar həyata keçirir və eyni zamanda hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı xahiş edir, ən yüksək səviyyədə görüşün keçirilməsini xahiş edir. "Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Nədən danışmaq olar?" deyə Putin sual verib.
"Ümumiyyətlə, terrora "stavka" edənlərlə kim danışıqlar aparır? Terrorçularla? Hərbi əməliyyatlara möhlət verməklə onları nəyə görə cəsarətləndirmək lazımdır ki?", Rusiya prezidenti vurğulayıb.
Prezident Vladimir Putin Bryansk və Kursk vilayətlərində baş verən terror aktlarından sonra Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin təşkili imkanlarını şübhə altına alıb. O, hücumları dinc əhaliyə qarşı "məqsədyönlü zərbə" adlandırıb.
Kiyevə sülh lazım deyil.
Bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə Ukraynanın humanitar səbəblərdən, o cümlədən döyüş meydanında həlak olan hərbçilərin cəsədlərini toplamaq üçün 2-3 günlük atəşkəslə razılaşmaqdan imtina etməsini şərh edərkən deyib.
"Sülh onun (Volodimir Zelenski-red.) üçün çox güman ki, hakimiyyətin itirilməsi deməkdir. Bu rejim üçün güc, görünür, sülhdən və onların özününkü hesab etmədiyi insanların həyatından daha vacibdir", - Putin vurğulayıb.
.