Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə münasibətlərin gec-tez bərpa olunacağına ümid etdiyini bildirib.

"TASS" xəbər verir ki, Putin bu barədə mətbuat konfransında bildirib.

“Ümid edirik ki, tez ya da gec, tarixdən çıxarılan dərslərə və xalqların rəyinə əsaslanaraq, Avropa dövlətləri ilə konstruktiv münasibətlərin bərpası istiqamətində hərəkət etməyə başlayacağıq. Bu, bu gün hələ də anti-Rusiya ritorikasından və açıq-aşkar aqressiv hərəkətlərdən imtina etməyən ölkələrə də aiddir”,- Putin qeyd edib.

.