Rusiya Prezidenti Vladimir Putin Açıq Səma Müqaviləsini denonsasiya edilməsi haqqında qanunu imzalayıb.

Rusiya dövlət başçısı ölkəsinin Açıq Səma Müqaviləsindən çıxması haqqında qanun layihəsini imzalayıb.

Ötən ay Vladimir Putin tərəfindən Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanun layihəsinə baxılması üçün Rusiya parlamentinə göndərilib. Dövlət Duması və Federasiya Şurası məlum qanun layihəsini yekdilliklə qəbul edib və daha sonra qanun layihəsi imzalanmaq üçün dövlət başçısına göndərilib.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və “soyuq müharibə”dən sonra Avropada inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verib. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma prosedurunu başladıb və bu, noyabrın 22-də başa çatıb. Rəsmi Moskva isə bu ilin yanvarında məlum müqavilədən çıxdığını bəyan edib. Rusiya XİN Vaşinqtonun hərəkətlərinin digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozduğunu bildirib.

.