PSJ Arda Güleri transfer etmək üçün "Real Madrid"ə 115 milyon avroluq təklif edib.

Bu barədə "Fichajes" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, türkiyəli yarımmüdafiəçi "kral klubu"nda böyük önəm daşısa da, onun mümkün transferi komanda daxilində müzakirə olunur.

"PSJ mənfi cavab alarsa, təklifində israr etməyə imkan verən maliyyə imkanlarına sahibdir. Fransa klubu Ardanı əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib və "Real Madrid"in qərarına təsir edə biləcək məbləğin olub-olmadığını öyrənmək istəyir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Arda Güler "Fənərbağça"dan "Real Madrid"ə 20 milyon avroya keçmişdi.

.