
Xəbər verdiyimiz kimi, Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
Ziyafət zamanı məşhur müğənni Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib.
Müğənninin ifasını Azərbaycan və Türkiyə liderləri ayaq üstə alqışlayıblar.
Həmin görüntüləri təqdim edirik:
.