“Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatillikdən başqa bir şey deyil”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, birgə məsuliyyətdir: “Hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmamasına səbəb peyvəndləmədir. Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımızı peyvəndləməyə çağırırıq”.

“Bütün rəqəmlər, statistika sübut edir ki, vaksin təhlükəsizdir. Amma insanlar deyir ki, inanmırıq. Niyə inanmırlar, onu deyən yoxdur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hər kəs pandemiyadan yorulub: “Vaksinasiyaya getməyən insanlar bizə imkan vermir ki, bu proses başa çatsın”.

“Həftəsonu nəqliyyatın qapalı saxlanılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, aktivlik artması statistikada görünür: “Aktivlik artırsa, yoluxma sayı da kəskin artır. Bununla bağlı sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul oluna bilər”.

.