Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal onlaraa reaksiya verim.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Ona görə gələcək fəaliyyətində də mediadan istifadə edəcəyini bildirən dövlətimizin başçısı qeyd edib: “Mən, əlbəttə, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq müəyyən narahatlıq doğuran, cəmiyyətdə narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam. Mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir”.

Prezident: Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm

Mən ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz gündəlik işimdə mənə yardımçı olursunuz.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Xüsusilə Azərbaycan kimi ölkədə insanın 24 saat işləməli olduğunu, istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur”.

Prezident İlham Əliyev: Brüssel formatı Ermənistan və Azərbaycan liderlərinin təmas qurmaları üçün əlavə dəstəkverici mexanizmdir

Brüssel formatı bir balaca əlavə dəstəkverici bir mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, bu günə qədər o, müəyyən dərəcədə uğurlu olub.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Dövlətimizin başçısı bu formatla Minsk qrupunun fərqindən də danışaraq deyib: “Bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur”. Prezident qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün.

Prezident İlham Əliyev: Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır

Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”.

Prezident İlham Əliyev Qlobal Media Forumunun müntəzəm keçirilməsini təklif edib

Ötən il Şuşada ilk Forum keçiriləndə mən göstəriş verdim ki, bu tədbiri beynəlxalq Foruma çevirmək lazımdır və bu, artıq baş verir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Bu tədbirdə çıxışçı kimi təqdim edildiyini, ancaq burada uzun, böyük çıxış etməyə ehtiyacın olmadığını hesab etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”.

Səbrli olduqları üçün iştirakçılara təşəkkür edən Prezident bildirib: “Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin”.

.