Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır.
Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlət başçısı qeyd edib: “Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir”.
Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra Avropa istiqamətinə gedən dəhlizin çox böyük potensialı var
Azərbaycandan Ermənistana və daha sonra Avropa istiqamətlərinə gedən dəhliz yük daşımalarının həcmi baxımından böyük potensiala malikdir.
APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
“Artıq investisiyalar mövcuddur. Regional bağlantı layihələri, təkcə dəmir yolu deyil, həm də fiber optikdən söhbət gedir. Hazırda bu il hazır olacaq Xəzər dənizinin dibi ilə fiber optik kabelin çəkilməsi üçün Mərkəzi Asiya tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Həmçinin Ermənistanla sülh əldə edildikdən sonra yeni imkanlar haqqında düşünürük. Azərbaycandan Ermənistana və daha sonra Avropa istiqamətlərinə gedən dəhliz yük daşımalarının həcmi baxımından da böyük potensiala malikdir. Azərbaycan hazırda öz ərazisində dəmir yoluna investisiya yatırır”, - deyə dövlət başçısı qeyd edib.
TRİPP ABŞ administrasiyası üçün vacib olmasaydı Donald Tramp ona adını verməzdi
Layihə (TRİPP) ABŞ administrasiyası üçün vacib olmasaydı buna ABŞ Prezidenti öz adını verməzdi.
Bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
"TRİPP layihəsi Donald Trampın adını daşıyır. Bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Əgər belə olmasaydı Prezident öz adını verməzdi. Onun adının verilməsi bu o deməkdir ki, bu icra olunacaq. Biz tamamilə əminik ki, ABŞ bunun hissəsi olacaq".
İlham Əliyev deyib ki, informasiyaya görə, ABŞ və Ermənistan elə bir şirkət təsis etmək istəyirlər ki, o, fiziki olaraq tikinti işləri aparsın və sərmayələr yatırsın:
"Açıq mənbələrdən bilirik ki, 76% səhmlər ABŞ-yə məxsus olacaq, qalanı Ermənistana. Bu birinci 49 il ərzində olacaq. Daha sonra növbəti 49 illik müddət olacaq. Əgər bu format funksional olsa, bir əsr kimi qüvvədə olacaq".
Mərkəzi Asiya dövlətlərini yaddan çıxara bilmərik
Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya dövlətlərini yaddan çıxara bilmərik.
Bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
Prezident bildirib ki, onlar olmasa Çindən hər hansı yük Avropaya gedə bilməz.
"Ona görə Çin, Azərbaycan, Mərkəzi Asiya, Xəzər dənizi, Gürcüstan, Türkiyə və daha sonra Avropa - bu coğrafiya belədir. Azərbaycan artıq fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə çalışır. Azərbaycan Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasının üzvüdür. Bütün bunlar bağlantılara görədir", - o deyib.
