Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir.

Bu barədə aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı deyib.

“Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir”, - Azərbaycan dövlət başçısı qeyd edib.

İlham Əliyev: Xalqlarımız arasında münasibətlər həmişə qardaşlar arasındakı kimi olub

Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.

“Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var”, - dövlət başçısı qeyd edib.

.