
Yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr edir, onlara sevinirik.
Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda söyləyib.
Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyduqlarını vurğulayan Ş.Mirziyoyev deyib: “Belə ki, yaxın qonşular kimi biz çox sevinirik və uğurlar arzu edirik”.
Özbəkistan Prezidenti: Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir
Əgər biz bu gün razılaşdığımız hər şeyi yerinə yetirsək, onlar həyata keçiriləcək, həm Özbəkistan iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı üçün uğurlar olacaq.
Bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda səsləndirib.
“Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Ona görə də düşünürəm ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam”, - deyə Özbəkistan Prezidenti əlavə edib.
Şavkat Mirziyoyev: Azərbaycan və Özbəkistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib
Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə biz tanıyırıq, öyrənirik, həm görüşürük, həm də yaxınlaşırıq”, - deyə Ş.Mirziyoyev əlavə edib.
.