Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.
Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb: “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.
Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır
Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır”.
Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir
Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.
Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.
Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: “Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.
