Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

 

Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olubPrezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olubPrezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

.