Bu səfər münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla təkbtək görüşdən sonra mətbuata bəyanatda bildirib.
“Bu gün imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni xüsusi qeyd etmək istəyirdim. İnanıram ki, bu yüksək səviyyəli münasibətlər gələcəkdə əlaqələrin inkişafında mühüm rol oynayacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Vyetnamla Hökumətlərarası Komissiyanın iclası tezliklə keçiriləcək
Hökumətlərarası Komissiyanın iclası tezliklə keçiriləcək, bu məsələ həllini tapıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla mətbuata bəyanatında bildirib.
Azərbaycandan Vyetnama neft məhsullarının ixrac edildiyini bildirən Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini daha balanslaşdırılmış görmək istəyir: “Bu halda ticarət dövriyyəsi tək neft amilindən asılı olmayacaq”.
Azərbaycan Vyetnamda bərpa olunan enerji sahəsinə investisiya qoymağa hazırdır
Azərbaycan Vyetnamda bərpa olunan enerji sahəsinə investisiya qoymağa hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyev deyib ki, müdafiə sənayesi sahəsində də qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
.